İmişlidə sənədsiz tikililər söküldü - VİDEO

13:22 08.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişlidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.

 

Bu barədə hafta.az FHN-dən məlumat verilib.

 

Bildirilib ki, İmişli rayonunun Oruclu kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilini söküb.